...

Ağsuda futbol klubu yaradılacaq, Gəncədə stadion yenidən qurulacaq - Rövnəq Abdullayev

Cəmiyyət Materials 3 Noyabr 2011 22:49 (UTC +04:00)
Gəncə şəhərinin stadionunun yenidən qurulması ilə bağlı layihə hazırlanır. Trend-in məlumatına görə, bunu Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev cümə axşamı jurnalistlərə bildirib.
Ağsuda futbol klubu yaradılacaq, Gəncədə stadion yenidən qurulacaq - Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir M.Əliyev/

Gəncə şəhərinin stadionunun yenidən qurulması ilə bağlı layihə hazırlanır. Trend-in məlumatına görə, bunu Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev cümə axşamı jurnalistlərə bildirib.

"Bu tarixi, ənənələri olan stadiondur. Çox güman ki, gələn il onun layihəsi hazır olacaq", - Abdullayev bildirib.

O qeyd edib ki, Sumqayıt şəhərindəki stadionun yenidən qurulmasının layihəsi isə artıq hazırlanıb. "2012-ci ilin əvvəlindən 15 minlik yeni stadion tikiləcək. Bu Sumqayıtda futbolun inkişafına böyük töhfə verəcək", - AFFA prezidenti vurğulayıb.

Abdullayevin sözlərinə görə, həmçinin Ağsuda bütün standartlara uyğun meydança yeni istifadəyə verilib və hazırda şirkətlərlə, imkanlı insanlarla danışıqlar aparılır ki, həmin rayonda da klub yaradılsın.

"Biz çalışırıq klublara hərtərəfli kömək edək və hər regionda futbol inkişaf etsin", - o qeyd edib.

Bakıdakı futbol meydançaları ilə bağlı AFFA prezidenti bildirib ki, Bakının 8-ci kilometr qəsəbəsindəki yeni stadionun tikintisi başa çatdırılır və artıq 12-ci milli çempionata hazır olacaq, həmçinin 20-ci sahədəki 5 min nəfərlik köhnə stadion yenidən qurulur və gələn ilin yarısına kimi başa çatdırılmalıdır.

"İnfrastruktur olan yerdə futbolun inkişafı da olacaq", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti