...

Macarıstanda Cəlil Məmmədquluzadənin "Seçilmiş hekayələri" çap olunub

Cəmiyyət Materials 4 Noyabr 2011 15:51 (UTC +04:00)
Cəlil Məmmədquluzadənin "Seçilmiş hekayələri" macar dilində çap olunub.
Macarıstanda Cəlil Məmmədquluzadənin "Seçilmiş hekayələri" çap olunub

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyinin və Naxçıvan Dövlət Universitetinin birgə təşəbbüsü ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin "Seçilmiş hekayələri" macar dilində çap olunub.

Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, böyük satirikin on iki hekayəsinin daxil edildiyi kitabın tərtibçisi və ön sözün müəllifi Cəlil Məmmədquluzadə irsinin tanınmış tədqiqatçısı, NDU-nun rektoru, akademik İsa Həbibbəylidir.

Hekayələri orijinaldan macar dilinə Budapeştdəki ELTE universitetinin müəllimi, azərbaycanşünas alim Mariya Keneşi tərcümə edib. Kitaba Azərbaycan rəssamlarının çəkdikləri illüstrasiyalar da daxil olunub. Macarıstan EA-nın "Akaprint" nəşriyyatının nəfis şəkildə çap etdiyi "Seçilmiş hekayələr" Cəlil Məmmədquluzadənin Avropada işıq üzü görən ilk kitabıdır.

Xəbər lenti

Xəbər lenti