...

Dünyada hər 8 saniyədə bir nəfər diabet xəstəliyindən dünyasını dəyişir

Cəmiyyət Materials 14 Noyabr 2011 12:04 (UTC +04:00)
Bu gün dünyada 366 milyon insan şəlkərli diabetlə yaşayır və məhz bu səbəbdən hazırda dünyada hər 8 saniyədə 1 nəfər dünyasını dəyişir.
Dünyada hər 8 saniyədə bir nəfər diabet xəstəliyindən dünyasını dəyişir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir E.Mehdiyev/

Bu gün dünyada 366 milyon insan şəlkərli diabetlə yaşayır və məhz bu səbəbdən hazırda dünyada hər 8 saniyədə 1 nəfər dünyasını dəyişir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova Ümumdünya Diabet Günü münasibəti ilə geçirilən "dəyirmi masa" zamanı bildirib.

Onun sözlərinə görə, 14 noyabr bütün dünyada Diabet Günü kimi qeyd edilir və bugünkü tədbirin əsas məqsədi diabetlə bağlı ictimai məlumatlandırma kampaniyasına başlamaqdır.

Bu gün 170 ölkədə milyonlarla insan Diabet Gününü qeyd edəcək və bunda əsas məqsəd diabet hallarının qarşısını almaqdır.

"Ona görə də diabet məktəblərinin açılmasına, diabetlə bağlı bütün cəmiyyətin maarifləndirilməsinə böyük diqqət verilir", - Ömərova deyib.

Xəbər lenti

Xəbər lenti