...

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu artacaq

Cəmiyyət Materials 14 Noyabr 2011 12:15 (UTC +04:00)
Sabahdan Azərbaycan ərazisində havanın temperaturunun nisbətən artacağı gözlənilir.
Sabahdan Azərbaycan ərazisində havanın temperaturu artacaq

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycan ərazisində havanın temperaturunun nisbətən artacağı gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Bakı və Abşeron yarımadasında noyabrın 15-də hava şəraitinin buludlu, yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 15-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 15-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü gilavar küləyi meteohəssas insanlar üçün əlverişsiz olsa da, noyabrın 16-da meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti