...

Azərbaycan Uşaqlarının II Forumu keçiriləcək

Cəmiyyət Materials 14 Noyabr 2011 16:07 (UTC +04:00)
Noyabrın 16-da Bakıda Azərbaycan Respublikası Uşaqlarının II Forumu keçiriləcək.
Azərbaycan Uşaqlarının II Forumu keçiriləcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 16-da Bakıda Azərbaycan Respublikası Uşaqlarının II Forumu keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) məlumat verilib.

Tədbir AQUPDK, Heydər Əliyev Fondu və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Noyabrın 15-də forumun nümayəndələri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Azərbaycan Respublikası Uşaqlarının I Forumu 2009-cu il dekabrın 17-də Bakıda Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Nur" Uşaq və Gənclərin İctimai Birliyinin təşəbbüsü ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti