Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda dayanacaqdan kənarda saxlayan avtobus sürücüləri cəzalandırılacaq.
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "İnzibati Xətalar Məcəlləsinə" edilən dəyişikliyə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişinləri mindirmək və ya düşürmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılması 40-60 manat miqdarında cərimə olunacaq.
Azərbaycanda dayanacaqdan kənarda saxlayan avtobus sürücüləri cəzalandırılacaq
Dayanacaqdan kənarda saxlayan avtobus sürücüləri cəzalandırılacaq.
