...

Sabah Azərbaycanda hava şəraiti nisbətən yağıntılı keçəcək

Cəmiyyət Materials 18 Noyabr 2011 12:01 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraiti nisbətən yağıntılı keçəcək
Sabah Azərbaycanda hava şəraiti nisbətən yağıntılı keçəcək

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda hava şəraiti fasilələrlə yağıntılı keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 19-da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti