Azərbaycan, Bakı, 18 noyabr /Trend/
ARDNŞ-nin "Azərikimya" İB-nin konfrans zalında Birlik əməkçilərinin, şəhər ictimaiyyətinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Milli Dirçəliş Günü münasibətilə "Tariximiz varlığımızdır" mövzusunda geniş tədbir keçirilib.
İB-dən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın yeni tarixindən söhbət açılıb, bu dövrün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb, dövlət müstəqilliyinin qorunub saxlanması, ölkəmizin dövlətçilik əsaslarının möhkəmləndirilməsi və yeni inkişaf yoluna çıxarılmasında ulu öndərin müstəsna xidmətləri qeyd edilib.
Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən xəritələr və orijinal foto-slaydlar tədbir iştirakçılarında Vətənimizin keçmişi haqqında dolğun təsəvvür yaratmaqla böyük maraqla qarşılanıb.