...

Serbiyanı "Eurovision 2012" müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub

Cəmiyyət Materials 19 Noyabr 2011 12:49 (UTC +04:00)
Serbiyanı "Eurovision 2012" müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub.
Serbiyanı "Eurovision 2012" müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub

Azərbaycan, Bakı, 19 noyabr / Trend müxbir E.Mehdiyev/

Serbiyanı "Eurovision 2012" müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub.

Trend-in şənbə günü "Eurovision 2012"-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, Serbiyanın RTS televizya kanalı ölkəni "Eurovision 2012" mahnı müsabiqəsində yenidən Jelko Yoksimoviçin təmsil edəcəyini elan edib. Bu, artıq Yoksimoviçin müsabiqədə qalib gəlmək üçün 4-cü cəhdi olacaq.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.
Müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti