...

Qəbələdə gənc ekoloqların beynəlxalq düşərgəsinin iştirakçıları yekun bəyannaməni qəbul ediblər

Cəmiyyət Materials 26 Noyabr 2011 21:08 (UTC +04:00)
Qəbələdə öz işini davam edən gənc ekoloqların beynəlxalq düşərgəsinin (International Camp of Young Environmentalists) iştirakçıları şənbə günü yekun bəyannaməni qəbul ediblər. Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın çərçivəsində təşkil edilən düşərgənin işinə cümə günü start verilib.
Qəbələdə gənc ekoloqların beynəlxalq düşərgəsinin iştirakçıları yekun bəyannaməni qəbul ediblər

Azərbaycan, Qəbələ, 26 noyabr /Trend, müxbir A.Axundov/

Qəbələdə öz işini davam edən gənc ekoloqların beynəlxalq düşərgəsinin (International Camp of Young Environmentalists) iştirakçıları şənbə günü yekun bəyannaməni qəbul ediblər. Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın çərçivəsində təşkil edilən düşərgənin işinə cümə günü start verilib.

Bəyannamənin əsas müddəaları gənc ekoloqların ətraf mühitin problemlərinə diqqəti artırmağa çağıran dünya birliyinə müraciətləri formasında ifadə edilib.

"Biz, 35 ölkənin təmsilçiləri, müasir ekoloji təhdidlərin ağırlığını anlayaraq, o fikrə şərikik ki, müasir qlobal iqtisadi modellər ətraf mühitimizə mənfi təsir edərək bərpa olunmayan təbii ehtiyatları məhv edir. Karbon qazının böyük həcmlərdə tullantısı, qlobal istilləşmə və iqlim dəyişiklikləri bəşəriyyətin ətraf mühitə təsirinin kəskin şəkildə artmasının əlamətləridir", deyə bəyannamədə bildirilir.

Cümə günü keçirilən düşərgənin açılması mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyeva, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının və həmçinin ARDNŞ-in təmsilçiləri iştirak edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq gənc ekoloq iştirak edib.

Düşərgənin əsas müzakirə mövzuları "Yeni və ortaya çıxan qlobal ekoloji problemlərin həllində gənclərin rolu", "Ətraf mühit məsələləri üzrə əməkdaşlığın perspektivləri - şəbəkə layihələri və ictimaiyyətin dəstəyi" və "Yaşıl iqtisadiyyatın inkişafı" olub.

Xəbər lenti

Xəbər lenti