...

Azərbaycanda yol qəzaları: yeni sistemlə insan həyatını qorumaq mümkündür

Cəmiyyət Materials 27 Noyabr 2011 09:00 (UTC +04:00)
Azərbaycan Dövlət Yol Polisinin məlumatına əsasən, 2011-ci ilin 9 ayı ərzində ölkədə 2559 yol qəzası baş verib. Nəticədə 840 nəfər ölüb, 2762 nəfər isə yaralanıb. Dünya təcrübəsi göstərir ki, bu dəhşətli statistikanı xeyli dərəcədə azaltmaq olar.
Azərbaycanda yol qəzaları: yeni sistemlə insan həyatını qorumaq mümkündür

Azər Əhmədbəyli, Trend Analitik Mərkəzinin eksperti

Azərbaycan Dövlət Yol Polisinin məlumatına əsasən, 2011-ci ilin 9 ayı ərzində ölkədə 2559 yol qəzası baş verib. Nəticədə 840 nəfər ölüb, 2762 nəfər isə yaralanıb. Dünya təcrübəsi göstərir ki, bu dəhşətli statistikanı xeyli dərəcədə azaltmaq olar.

Həkimlər deyirlər ki, yol qəzasından sonrakı 1 saat ərzində ağır yaralanan şəxsə tibbi xidmətin göstərilməsi həyati əhəmiyyət daşıyır və xəsarət alanların sağ qalmaq şanslarını xeyli artırır. Bir çox ölkələrdə tətbiq edilən yol qəzalarının avtomatik aşkar edilməsi sistemi məhz yol qəzasının baş vermə anı ilə xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi arasındakı vaxtı maksimum azaltmağa imkan verir. Bu, xüsusən respublika rayonlarının iri yaşayış məntəqələrindən uzaq düşən, ilkin tibbi yardımın çox gecikmiş olduğu sahələri üçün çox vacibdir. 2011-ci ilin 9 ayı ərzində ölkənin rayonlarında 1427 yol qəzası baş verib ki, nəticədə 528 nəfər dünyasını dəyişib, 1566 nəfər isə xəsarət alıb, bəziləri əlil olub.

Yol qəzalarının avtomatik aşkar edilməsi sisteminin bir neçə növü var, lakin hərəkət prinsipi eyni olaraq qalır: yolların lazımi sahələrində kameralar, mikrofonlar və uzaqdakı monitorinq mərkəzi ilə yollardakı vəziyyətlərlə bağlı idarəetmə qurğuları yerləşdirilir. İdarəetmə qurğusuna yol qəzasının dəqiq baş vermə vaxtını və yerini müəyyənləşdirmək üçün GPS qəbuledici də quraşdırılıb. Sistem bütün yazılı siqnalları-əyləclərin cırıltısını, zərbənin səsini, müxtəlif kənar səs və gurultunu ayırd etməyə və onlardan lazımi olanları 99 faiz dəqiqliklə seçməyə qadirdir. Real vaxt rejimində baş verən yol qəzasının audio məlumatları və video görüntüsü simsiz rabitə vasitəsilə monitorinq mərkəzinə göndərilir və orada operator tərəfindən işlənir. Monitorinq mərkəzinə GPS məlumatları da daxil olur. Ardından hansı xilasedici briqadanı hadisə yerinə göndərmək lazım olduğu kimi operativ qərarlar qəbul edilir.

Avropa İttifaqı ölkələrində "eCall" layihəsi tətbiq edilmə prosesindədir. Layihə həmin məqsədlər üçün də nəzərdə tutulub. Avropa Komissiyasının məlumatına əsasən, hər il Aİ yollarında 1,4 milyon yol qəzası baş verir. Bu yol qəzalarında təxminən 40 min insan dünyasını dəyişir, 1,7 milyonu isə travama və əlillik alırlar. Avropa yollarında baş verən avtomobil qəzaları nəticəsində illik iqtisadi itkilər 160 milyard avrodan çox təşkil edir. Avropalılar nisbətən digər yanaşma tətbiq ediblər: Aİ ərazisində 2011-ci ildən başlayaraq istehsal edilən bütün avtomobillər "qara qutu" ilə təchiz edilməlidir. "Qara qutu" təhlükəsizlik yastıqlarının işə düşməsinə və toqquşma zamanı zərbəyə reaksiya verən sensorlar vasitəsilə avtomatik rejimdə zəngi baş verən hadisənin dəqiq yeri, nəqliyyat vasitəsinin eyniləşdirilməsi (identifikasiya), zəngin həyata keçirildiyi mobil rabitə operatorun adları barədə məlumatlarla yaxınlıqdakı xilasetmə xidmətinə göndərir. Yol qəzası barədə məlumatlar həmçinin, səsli məlumatlarla göndərilə bilər. Bu, sərnişinlərdən birinin şüurunun yerində olması halında mümkündür. Toqquşmadan bir neçə dəqiqə sonra yol qəzasının baş verdiyi yerə artıq həkimlər və digər xüsusi xidmətlər yollanacaq. Avtomobildən xilasedci xidmətlərlə səsli rabitə həmişə mövcuddur və sərnişinlər hadisə barədə əlavə məlumatlar verə bilərlər. Bununla da kənd yerlərində reaksiya göstərmə vaxtı 50 faiz, şəhər zonalarında isə 40 faizə qədər azalmalıdır. Avropa Komissiyası 2014-cü ildə bütün Aİ ərazisini "eCall" sistemi ilə əhatə etmək niyyətindədir. Avropalılar hesablayıblar ki, xərclərə (yol qəzaları nəticəsində birbaşa və dolayı itkilər üzrə) ildə 26 milyard avro, sistemin davamlı iş rejimində dəstəklənməsi xərclərinə isə ildə cəmi 4,5 milyard avro qənaət ediləcək.

Azərbaycan yollarında belə bir sistemin mövcudluğu vaxta və pullara qənaət edəcək, yol qəzasının törədilməsindən sonra qaçılmaz olan və xüsusən, hadisə şahidinin olmaması halında məhkəmə araşdırmaları yükünü və inzibati prosedurları azaldacaq, sığorta şirkətlərinin işini yüngülləşdirəcək. Ən əsası isə yol qəzası ilə ilkin tibbi yardım arasındakı vaxtı azaltmağa imkan verəcək. Avtomobil magistrallarının belə sistemlərlə təchiz edilməsi həm də psixoloji səmərə verəcək. Belə ki, sürücülər daha nizamlı və məsuliyyətli olmağa məcbur olacaqlar. Həmçinin vaxt ötdükcə yollarda və onun ətrafında ümumi infrastruktur modernləşəcək, Azərbaycanın bütün xilasedici xidmətləri arasında koordinasiya yaxşılaşacaq.

Xəbər lenti

Xəbər lenti