...

Azərbaycanda əlillərin futzal turniri keçirilir

Cəmiyyət Materials 1 Dekabr 2011 11:11 (UTC +04:00)
Azərbaycan Əlillər Futbolu Federasiyası AFFA-nın dəstəyi ilə dekabr ayının 1-dən 3-dək futzal turniri keçirir.
Azərbaycanda əlillərin futzal turniri keçirilir

Azərbaycan, Bakı, 1 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Əlillər Futbolu Federasiyası AFFA-nın dəstəyi ilə dekabr ayının 1-dən 3-dək futzal turniri keçirir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Əlillər Futbolu Federasiyasının icraçı direktoru Elşad İbrahimli məlumat verib.

Texniki Universitetin idman zalında dörd komandanın iştirakı ilə keçirilən turnir 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunub.

Yarışın sonunda qalib komandalara kuboklar, medallar və qiymətli hədiyyələr təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti