...

Sabahdan Azərbaycanda havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq

Cəmiyyət Materials 1 Dekabr 2011 14:53 (UTC +04:00)
Sabahdan Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq.
Sabahdan Azərbaycanda havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 7-10 dərəcə isti olacaq.

Məlumata görə, dekabrın 2-dən 4-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında dekabrın 2-də havanın gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağətəyi rayonlarda sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti