...

Bakı və Abşeronda fəaliyyətinə icazə verilmiş bələdçilərin siyahısı açıqlanıb

Cəmiyyət Materials 2 Dekabr 2011 14:45 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Bakı və Abşeron yarımadasında fəaliyyətinə icazə verilmiş bələdçilərin siyahısını açıqlayıb.
Bakı və Abşeronda fəaliyyətinə icazə verilmiş bələdçilərin siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 2 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Bakı və Abşeron yarımadasında fəaliyyətinə icazə verilmiş bələdçilərin siyahısını açıqlayıb. Siyahı nazirliyin rəsmi saytında yerləşdirilib.

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, siyahı Turizm bələdçilərinin və tərcüməçi-gidlərin Attestasiyası Komissiyasının 27 sentyabr 2011-ci il tarixli qərarı ilə təsdiqlənib. Siyahıda 14 nəfərin adı, əlaqə nömrələri qeyd edilib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda ölkədə sertifikat almadan işləyən bələdçilərin fəaliyyətinin bundan sonra qanunsuz hesab ediləcəyini deyib. O bildirib ki, gələn ilin yayına qədər bütün bələdçilər sertifikat almalıdırlar. Sertifikat alan bələdçilər bu fəaliyyət növü üzrə 5 il müddətinə işləmək hüququ əldə edirlər.

Sertifikat almaq üçün hər bir bələdçinin Azərbaycan Turizm İnstitutunda təşkil olunan bələdçi kurslarında iştirak etməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti