...

Azərbaycan komandası Minskdə keçirilmiş beynəlxalq zorxana turnirində birinci yer qazanıb

Cəmiyyət Materials 11 Dekabr 2011 22:22 (UTC +04:00)
Azərbaycan komandası Minskdə keçirilmiş beynəlxalq zorxana turnirində birinci yer qazanıb.
Azərbaycan komandası Minskdə keçirilmiş beynəlxalq zorxana turnirində birinci yer qazanıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir T. Cəfərov/

Azərbaycan komandası Minskdə keçirilmiş beynəlxalq zorxana turnirində 159 xal yığaraq birinci yer qazanıb. Bu barədə İRNA agentliyi xəbər yayıb.

İkinci və üçüncü yerlərə müvafiq olaraq 142 və 102 xalla İraq və Belarus yığmaları sahib oldular. Dördüncü yeri 94 xalla Ukrayna, beşinci yeri isə 83 xalla İran komandası qazanıb.

9-11 dekabr tarixində keçirilmiş turnirə dünyanın 14 ölkəsindən - Keniya, Zimbabve, Rusiya, Uqanda, Danimarka, Gürcüstan, Tacikistan və Türkiyədən 100 idmançı qoşulub.

Zorxana güləş növü üxrə ilk beynəlxalq yarışma 2009-cu ildə Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti