...

Azərbaycan Xəzərdə nərə cinsli balıqların yalnız elmi-tədqiqat və araşdırma məqsədilə ovlanmasını təklif edir

Cəmiyyət Materials 15 Dekabr 2011 11:48 (UTC +04:00)
Azərbaycan 2012-ci ildə Xəzər dənizində nərə cinsli balıqların yalnız elmi-tədqiqat və araşdırma məqsədilə ovlanması təklifi ilə çıxış edib.
Azərbaycan Xəzərdə nərə cinsli balıqların yalnız elmi-tədqiqat və araşdırma məqsədilə ovlanmasını təklif edir

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan 2012-ci ildə Xəzər dənizində nərə cinsli balıqların yalnız elmi-tədqiqat və araşdırma məqsədilə ovlanması təklifi ilə çıxış edib. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş məsləhətçisi, Xəzərin Su Bioresursları Komissiyasının daimi üzvü Tariyel Məmmədli deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin Su Bioresursları Komissiyasının Bakıda keçirilən 32-ci iclasının yekununda bununla bağlı qərar qəbul olunması gözlənilir.

Məmmədli bildirib ki, Xəzəryanı ölkələrin hamısı bu məsələ ilə bağlı ilkin razılığa gəliblər.

Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası çərşənbə günü Bakıda öz işinə başlayıb. Azərbaycanın sədrlik etdiyi iclasda nərə cinsli balıqlara qoyulmuş kvota müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti