...

Azərbaycan FHN-in əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Cəmiyyət Materials 16 Dekabr 2011 10:43 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi və əməkdaşları cümə günü Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Azərbaycan FHN-in əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi və əməkdaşları cümə günü Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Trend-in məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər əməkdaşları Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üstünə gül dəstələri düzülüb.

FHN rəhbərliyi daha sonra Şəhidlər xiyabanını ziyarət edib, "Əbədi məşəl" kompleksi önünə əklil qoyulub.

Bu gün FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər. Azərbaycan FHN 2005-ci il dekabrın 16-da yaranıb.

Xəbər lenti

Xəbər lenti