...

AFFA millinin baş məşqçisindən hesabat istəyəcək

Cəmiyyət Materials 10 Yanvar 2012 18:17 (UTC +04:00)
Rusiyanın Sank-Peterburq şəhərində təşkil edilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edən U-19 yığması turniri sonuncu pillədə başa vurub.
AFFA millinin baş məşqçisindən hesabat istəyəcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Rusiyanın Sank-Peterburq şəhərində təşkil edilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edən U-19 yığması turniri sonuncu pillədə başa vurub. Bu barədə Trend çərşənbə axşamı AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

"Komandamızın real gücündən lazımi səviyyədə istifadə edə bilməməsi və məğlub olması bizi son dərəcə məyus edir. Bildiyiniz kimi, komandamız 4-cü ildir ki, bu turnirdə iştirak edir. Yaşar Vahabzadənin rəhbərliyi altında 2009-cu ildə 7-ci yeri tutan komandamız 1 il sonra Bernhard Lippertin rəhbərliyi sayəsində 5-ci yerə qalxmışdı. Vəli Qasımovun rəhbərliyi altında isə ötən il 7-ci pilləyə düşən komandamız bu il turniri sonuncu yerdə başa vurdu. Bununla əlaqədar olaraq, komandanın baş məşqçisindən hesabat tələb olunacaq və komanda üzvləri ilə görüş keçiriləcək", - AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti