...

Sosioloq Aqaron Adibekyan: Ermənistan əhalisi 40 ildən sonra iki dəfə azalacaq

Cəmiyyət Materials 12 Yanvar 2012 16:03 (UTC +04:00)
2050-ci ilədək Ermənistan əhalisi xeyli azalaraq təxminən 1,5-1,7 milyon nəfər təşkil edəcək.
Sosioloq Aqaron Adibekyan: Ermənistan əhalisi 40 ildən sonra iki dəfə azalacaq

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

2050-ci ilədək Ermənistan əhalisi xeyli azalaraq təxminən 1,5-1,7 milyon nəfər təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə aparılan tədqiqatın nəticələrini jurnalistlərə təqdim edən "Sosiometr" sosioloji araşdırma mərkəzinin direktoru Aqaron Adibekyan bildirib. Məlumatı Ermənistan KİV-ləri yazıb.

Rəsmi statistik məlumatlara görə, 2011-ci il oktyabrın 1-nə olan məlumata görə, Ermənistan əhalisi 3,27 milyon nəfər təşkil edib.

"Bizim tədqiqatlarımız BMT-nin bu rəqəmləri təsdiqləyən Ermənistana dair statistik məlumatlarına əsaslanır. Ölkə əhalisinin azalması problemi bizim üçün ən ciddi məsələlərdən biridir", - Adibekyan deyib.

Onun sözlərinə görə, respublika əhalisinin azalması təkcə ciddi demoqrafik problemlərə gətirib çıxaran doğuş göstəricilərinin enməsi ilə deyil, həm də son illər əhalinin ölkədən xaricə kəskin şəkildə axını ilə bağlıdır.

"Bu dərəcədə bədbin mənzərə 2010-cu ildə apardığımız sorğuya əsaslanır. Bütün mühacir ailələrin 14 faizi ya işini itirdiyinə, ya da müəyyən iqtisadi səbəblər üzündən ölkəni tərk ediblər", - Adibekyan qeyd edib.

Xəbər lenti

Xəbər lenti