...

2011-ci ildə Azərbaycanda narkotiklərlə bağlı 2600-dən çox cinayət faktı aşkar edilib

Cəmiyyət Materials 14 Yanvar 2012 17:10 (UTC +04:00)
2011-ci ildə Azərbaycanda narkotiklərlə bağlı 2636 cinayət faktı aşkar edilib.
2011-ci ildə Azərbaycanda narkotiklərlə bağlı 2600-dən çox cinayət faktı aşkar edilib

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

2011-ci ildə Azərbaycanda narkotiklərlə bağlı 2636 cinayət faktı aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsində keçirilmiş 2011-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsində bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində xidməti fəaliyyəti DİN-in normativ hüquqi aktlarının tələbləri səviyyəsində qurmamış bir sıra ərazi polis orqanlarının vəzifəli şəxsləri və digər əməkdaşları barədə təşkilati-intizam tədbirləri görülüb, habelə işdə dönüş yaradılması üçün konkret tədbirlər müəyyən edilərək icraya yönəldilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə bağlı olan 2636 cinayət faktı aşkar edilib ki, onlardan da 817-si narkotik vasitələrin qanunsuz satışı, 1694-ü qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanılması və 111-i narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı olub.

Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 557 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr, o cümlədən 298,8 kiloqram marixuana, 164,8 kq həşiş, 52,3 kiloqram heroin, 14,1 koloqram tiryək, 1,5 kiloqram psixotrop maddələr və prekursorlar, 106,7 qram metadon, 27,1 kiloqram digər narkotik vasitələr aşkar olunaraq götürülüb. Bununla belə, 19 fakt üzrə 28,6 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikamıza gətirilməsinin qarşısı alınıb.

Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş 22 xarici ölkə vətəndaşından 53,9 kiloqram müxtəlif növ narkotik vasitə aşkar olunub götürülüb.

Hesabat dövründə qanunsuz dövriyyədən qrup şəkilində törədilmiş 106 cinayət faktı üzrə 136 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr çıxarılıb, ümumi şəkisi 366,7 ton narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti