Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir H.Vəliyev /
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC onrəqəmli abonent nömrə yığımı nömrələrin köçürülməsi xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinə şəbəkə infrastrukturunun hazırlıq mərhələsidir. Bu barədə bazar ertəsi Trend-ə Bakcell şirkətindən məlumat verilib.
Yeni yığım metodu Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarına uyğun olaraq, yanvarın 21-dən tətbiq olunacaq. Bakcell nömrələrindən zəng vurarkən abonent nömrəsindən əvvəl "055" prefiksinin (nümunə "055" XXX-XX-XX) yığılması vacibdir.
Yeni yığım metodu digər mobil rabitə operatorlarının (Azercell - "050" və "051", Azerfon - "070" və "077") şəbəkələrində də tətbiq olunacaq.
Bir az öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend-ə bildirilmişdi ki, telefon nömrələrinin köçürülməsi xidməti 2012-ci ilin birinci rübünün sonunadək tətbiq olunacaq.
MNP xidməti operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Bu, abonentlərə operatoru dəyişəcəyi təqdirdə, öz telefon nömrələrini saxlamaq imkanı verəcək ki, bu da onları öz yaxınlarını və işgüzar tərəfdaşlarını nömrənin dəyişilməsi barədə məlumatlandırmaqdan azad edəcək.
Nömrələrin köçürülməsi xidmətinin tətbiqi rəqabəti artıra bilər, belə ki, operatorlar öz əvvəlki abonentlərini saxlamaq üçün əlavə cəhdlər etməyə və yeni müştərilərin cəlb olunması üçün daha cəlbedici xidmətlər göstərməyə vadar olurlar.