...

Bakıda 2300-dən artıq sürücünün sürücülük hüququ məhdudlaşdırılıb

Cəmiyyət Materials 16 Yanvar 2012 12:23 (UTC +04:00)
Ötən il Bakıda 2300-dən artıq sürücünün sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Bakıda 2300-dən artıq sürücünün sürücülük hüququ məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Ötən il Bakıda 2300-dən artıq sürücünün sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, 2011-ci ildə yol verdiyi qayda pozuntusuna görə 10 və daha çox bal topladığı üçün 2372 sürücünün sürücülük hüquqları müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Əsədov deyib ki, Bakı küçələrində və yollarında hərəkətə nəzarət məqsədilə quraşdırılmış video kameraların köməyi ilə yol hərəkəti qayda pozuntusu törədən 123 798 sürücü müəyyən edilib.

Onlardan 43 301-i barəsində fotomaterial tədbir görülməsi üçün ərazi aidiyyati üzrə göndərilib. 78 848 sürücü barəsində müvafiq inzibati tədbir götürülüb, digərləri isə axtarışdadır.

Bölmə rəisi bildirib ki, ötən il paytaxt ərazisindəki küçə və prospektlərdə 570 yeni yol nişanı quraşdırılıb, 2076 yol nişanı dəyişdirilib.

Yol hərəkətinin təşkilində nöqsanların aradan qaldırılması istiqamətində küçə və yollarda qazıntı və təmir işlərinin aparılması zamanı nöqsanlara yol verdiyi üçün (yol nişanları qoymadıqları, tikintinin müddətini uzatdıqları və s. pozuntular) 7 hüquqi, 10 vəzifəli, 24 fiziki şəxs inzibati muliyyətə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti