...

Sabahdan Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Cəmiyyət Materials 16 Yanvar 2012 13:13 (UTC +04:00)
Sabah axşamdan etibarən şimal və şimal-qərb rayonlarından başlayaraq, ölkə ərazisində havanın temperaturu aşağı enəcək.
Sabahdan Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Azərbaycan, Bakı, 16 yanvar / Trend müxbir İ.İsabalayeva/

Sabah axşamdan etibarən şimal və şimal-qərb rayonlarından başlayaraq, ölkə ərazisində havanın temperaturu aşağı enəcək.

Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, sabah ölkə ərazisində havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək.

Bakı və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənməsi gözlənilir.

Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, axşam 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Yanvarın 17-dən 19-dək Abşeron yarımdasında gözlənilən küləkli hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti