...

İranda istehsal olunan mineral suların 50 faizi çirklidir – deputat

Cəmiyyət Materials 17 Yanvar 2012 14:15 (UTC +04:00)
Dövlətin mineral su istehsalı zavodlarına nəzarəti zəifdir. Hazırda ölkədə istehsal olunan mineral suların 50 faizi çirklidir.
İranda istehsal olunan mineral suların 50 faizi çirklidir – deputat

Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir T.Cəfərov/

Dövlətin mineral su istehsalı zavodlarına nəzarəti zəifdir. Hazırda ölkədə istehsal olunan mineral suların 50 faizi çirklidir. Bunu İran Parlamentinin Səhiyyə komissiyasının üzvü Əbdülcəbbar Kərəmi deyib. Trend-in məlumatına görə, bu barədə İran parlamentinin rəsmi saytı icana.ir məlumat verir.

Kərəmi deyib ki, ötən illər ərzində siyasi bağlılıqlara və qohumbazlığa görə mineral su istehsalı zavodların sayı artıb.

Onun sözlərinə görə, ölkədə istehsal olunan mineral suların 50 faizinin çirkli olmasını Səhiyyə Nazirliyi ötən il açıqladığı və parlamentə təqdim etdiyi statistikasında da təsdiqləyib.

Kərəmi deyib ki, mineral su istehsal edən zavodlar bu məhsulun istehsalı üçün lazım olan standartlara əməl etmir.

Xəbər lenti

Xəbər lenti