...

Azərbaycanda ÜDM istehsalı 0,1 faiz artıb

Cəmiyyət Materials 18 Yanvar 2012 15:50 (UTC +04:00)
Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 2011-ci ildə 0,1 faiz artaraq 50,1 milyard manata çatıb.
Azərbaycanda ÜDM istehsalı 0,1 faiz artıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 2011-ci ildə 0,1 faiz artaraq 50,1 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, əlavə dəyər məhsul istehsalı sahələrində 3,5 faiz azalıb, xidmət sahələrində isə 6,5 faiz artıb.

Əhalinin hər nəfərinə 5530,6 manatlıq (7003,4 ABŞ dolları) əlavə dəyər istehsal olunub.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,4 faiz artıb, neft sektorunda isə 9,3 faiz azalıb.

Əhalinin gəlirləri 19,6 faiz artaraq 30,6 milyard manata, hər nəfərə düşən məbləğ isə 18,1 faiz çoxalaraq 3383,8 manata çatıb.

2011-ci ildə pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2010-cu ilin səviyyəsini 9,9 faiz üstələyərək 21,8 milyard manata bərabər olub, əmtəə dövriyyəsi 10,6 faiz, pullu xidmətlərin həcmi 7,8 faiz artıb. Pərakəndə ticarət və iaşə şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 151,4 manatlıq və ya 2010-cu ildəkindən 23,8 manat çox pul vəsaiti xərcləyib.

Xidmət sektorunun sabit və dinamik inkişafı nəticəsində il ərzində hər ölkə sakini hər ay orta hesabla 49,1 manatlıq və ya əvvəlki illə müqayisədə 5,0 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

Yanvar-noyabr aylarında orta aylıq əməkhaqqı 8,3 faiz artaraq 356,6 manat olub.

Xəbər lenti

Xəbər lenti