...

Bakıda Holokost qurbanlarının xatirəsi anılıb

Cəmiyyət Materials 27 Yanvar 2012 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Bakıda BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPI) Azərbaycandakı nümayəndəliyi İsrailin Azərbaycandakı səfirliyi ilə birlikdə Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü münasibəti ilə sərgi və film nümayişi təşkil edib.

Departamentin Azərbaycandakı ofisindən cümə günü Trend-ə verilən məlumata görə, sərgidə "Holokost - Unutmayaq" mövzusunda beynəlxalq poster yarışmasının qalibi olmuş 16 poster nümayiş etdirilib.

Tədbirdə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç, İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem, Heydər Əliyev Fondu və Or-Avner Beynəlxalq Fondu tərəfindən inşa edilmiş "Xabad Or-Avner" təhsil mərkəzinin şagirdləri iştirak ediblər.

Sonra "Petr Ginzin son uçuşu" adlı sənədli film nümayiş etdirilib. Film 14 yaşında Praqanın faşistlər tərəfindən işğalına həsr edilmiş 5 hekayə və 16 yaşına qədər 120-dən artıq hekayə, rəsm əsərləri yaradaraq Auşvits ölüm düşərgəsində öldürülən Petr Ginzdən bəhs edir.

Tədbir filmin müzakirəsi ilə başa çatıb.

27 yanvar - Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü BMT-nin 2005-ci il tarixli qətnaməsi ilə beynəlxalq səviyyədə qeyd edilir.

Xəbər lenti

Xəbər lenti