...

Azərbaycan və Tatarıstan FHN-ləri əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2012 15:20 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Rusiya FHN-in Tatarıstan Respublikası üzrə Baş İdarəsi (Bİ) gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan və Tatarıstan FHN-ləri əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Rusiya FHN-in Tatarıstan Respublikası üzrə Baş İdarəsi (Bİ) gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə şənbə günü Rusiya FHN-in Tatarıstan Respublikası üzrə Bİ-nin məlumatında deyilir.

Müzakirələr fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Kazana səfəri çərçivəsində aparılıb. Görüş Tatarıstan Respublikası üzrə Bİ-də və Tatarıstan Respublikasının Mülki Müdafiə İşləri və Fövqəladə Hallar Nazirliyində keçib.

Rusiya FHN-in Tatarıstan Respublikası üzrə Bİ-nin sədri Rafis Habibullinin sözlərinə görə, SSRİ dövründə ən iri yanğından mühafizə qüvvələri Bakı və Tatarıstanda yerləşib.

Onun sözlərinə görə, bu gün də respublikada yanğın dəstələrinin xeyli hissəsi yenə obyekt bölmələridir.

O, həmçinin qeyd edib ki, Tatarıstan Rusiyada yeganə regiondur ki, orada Rusiya FHN və Tatarıstan Respublikası arasında ölkə hökumətinin sərəncamı ilə təsdiq edilən saziş qüvvədədir.

Habibullinin sözlərinə görə, Tatarıstanda yanğın dəstələrinin praktiki olaraq bütün yaşayış məntəqələrinə normativ gəliş zonasını təmin etməyə nail olunub. Bu, yanğına qarşı xidmətin inkişafı və könüllü yanğın mühafizəsinin yaradılması hesabına edilib.

Görüş zamanı Azərbaycan fövqəladə hallar nazirini tatar həmkarların yaradılan bölmələrin texnika ilə təchizatı üzrə təcrübəsi maraqlandırıb. Fikir mübadiləsindən sonra tərəflər əməkdaşlığa hazırlıq haqqında razılığa gəliblər.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində, həmçinin "IT-park"ın infrastrukturu, "İnnopolisa" layihəsi, "Elektron Tatarıstan" və elektron sənəd dövriyyəsi sistemləri, habelə "IT-park"ın intellektual inkubator bazasında gənc alimlərin hazırladığı bir sıra ən yeni işlər təqdim edilib. Nümayəndə heyəti "IT-park"ın biznes inkubatorunda "Avtodoriya" layihə-rezidentləri və KAMAZ-ın trenajoru, həmçinin "Tatarıstan Respublikasının elektron ticarət-informasiya sistemi" ilə tanış olublar.

Azərbaycan FHN-in nümayəndə heyəti şənbə günü Tatarıstanın iri müəssisələrinə baş çəkməyi planlaşdırır. Bura "Kazan vertolyot zavodu" ASC, KAMAZ ASC, TANEKO ASC, "Alabuqa" xüsusi iqtisadi zonası daxildir.

Xəbər lenti

Xəbər lenti