Azərbaycan, Bakı, 30 yanvar /Trend müxbir M.Əliyev/
Hərbi qanunvericiliyə hərbi çağırış yaşının və müddətinin dəyişdirilməsi ilə bağlı dəyişikliklərin edilməsi hərbi xidmətdən yayınma üçün bəhanə ola bilər. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bazar ertəsi parlametin ötən ilin yekunları və 2012-ci ilin yaz sessiyasının qanunvericilik planları ilə bağlı mətbuat konfransında bildirib.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bildirib ki, hərbi qanunvericiliyə dəyişiklik edilməsi bugünkü şərait üçün uyğun deyil.
Onun sözlərinə görə, bu gün mətbuatda müzakirə olunan ailənin tək övladının hərbi xidmətdən azad edilməsi, hərbi xidmətə çağırılma yaşının və yaxud hərbi xidmət müddətinin dəyişdirilməsi hazırda müzakirə mövzusu deyil.