...

Azərbaycanda yeni məlumat-sorğu xidməti açılıb

Cəmiyyət Materials 1 Fevral 2012 12:55 (UTC +04:00)
"118 xidməti" şirkəti Azərbaycanda özəl məlumat-sorğu xidməti açıb. Bu barədə çərşənbə günü Trend-ə şirkətin PR meneceri Emiliya Kazımova məlumat verib.
Azərbaycanda yeni məlumat-sorğu xidməti açılıb

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir H.Vəliyev /

"118 xidməti" şirkəti Azərbaycanda özəl məlumat-sorğu xidməti açıb. Bu barədə çərşənbə günü Trend-ə şirkətin PR meneceri Emiliya Kazımova məlumat verib.

Onun sözlərinə görə, xidmət mərkəzləşdirilib və bir neçə funksiyanı birləşdirir. Xidmətin əsas fərqi onun bütün respublikanı əhatə edən qlobal direktoriyası və həftənin bütün günləri 24 saat ərzində istifadəçilərə xidmət göstərməsindən ibarətdir.

Xidmət üç dildə (Azərbaycan, rus, ingilis) təqdim olunur.

"Stasionar və mobil rabitə operatorlarının abonentləri soruşulan obyekt haqqında vahid məlumat nömrəsi üzrə (ünvan və telefon) turizm, xatırlatma xidməti, yolda təmir xidməti, alternativ maşın xidməti, evakuator və ayıq sürücü kimi xidmətlərdən də istifadə edə bilərlər", - Kazımova deyib.

Təqdim olunan xidmətin dəyəri istifadəçilərin tələbatı və imkanlarını nəzərə alınaraq dəqiqəsi 0.47 qəpik müəyyən edilib.

Bu gün dünyanın bir çox ölkələrində (Türkiyə, İsrail, Yunanıstan, Böyük Britaniya və s.) bu nömrə üzrə analoji xidmətlər göstərilir.

Xəbər lenti

Xəbər lenti