...

Bakıda son bir sutkada 44 yol qəzası baş verib, xəsarət alanlar var

Cəmiyyət Materials 2 Fevral 2012 17:15 (UTC +04:00)
Bakıda şaxtalı və qarlı hava şəraiti ilə bağlı çərşənbə gün saat 18:00-dan bu gün saat 17:00 radələrinə qədər 44 yol qəzası baş verib.
Bakıda son bir sutkada 44 yol qəzası baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda şaxtalı və qarlı hava şəraiti ilə bağlı çərşənbə gün saat 18:00-dan bu gün saat 17:00 radələrinə qədər 44 yol qəzası baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, sürücülər yol və meteoroloji şəraiti düzgün qiymətləndirmədiyindən maddi ziyanla nəticələnən 40 yol qəzası baş verib.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Qalan 4 yol-nəqliyyat hadisəsində isə 5 xəsarət alıb.

Bakıda hökm sürən çovğun və şaxtalı hava şəraiti ilə bağlı şəhərin yol polisi gücləndirilmiş iş rejimində işləyir.

"Bakının enişli-yoxuşlu və sərt yollarında vəziyyət təhlükəlidir", - Əsədov deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti