...

Bakıda son günlər təcili tibbi yardım maşınları xəstəxanalara min nəfərdən çox şəxs çatdırıblar

Cəmiyyət Materials 3 Fevral 2012 17:21 (UTC +04:00)
Bakıda soyuq və şaxtalı hava müşahidə olunan son günlərdə təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara 1125 nəfər çatdırılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Səhiyyə Nazirliyindən bildirilib.
Bakıda son günlər təcili tibbi yardım maşınları xəstəxanalara min nəfərdən çox şəxs çatdırıblar

Azərbaycan, Bakı, 3 fevral / Trend müxbir M.Əliyev/

Bakıda soyuq və şaxtalı hava müşahidə olunan son günlərdə təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara 1125 nəfər çatdırılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Səhiyyə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, Bakı Şəhəri Təcili Tibbi Yardım Stansiyasına 9806 çağırışla müraciət daxil olub və çağırışların hər biri yerinə yetirilib.

Səhiyyə naziri Oqtay Şirəliyev Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivinə çətin şəraitdə ciddi və əsl ləyaqətlə fəaliyyət göstərdiyinə görə minnətdarlıq məktubu ünvanlayıb.

"2012-ci ilin yanvar-fevral aylarında ağır iqlim şəraitində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının işçiləri tərəfindən əhaliyə göstərilən tibbi yardım xüsusi qeyd olunmalıdır. Həmin günlərdə əhaliyə operativ və yüksək səviyyədə tibbi xidmət göstərdiklərinə görə müəssisə kollektivinin bütün üzvlərinə təşəkkür edirəm", - nazirin məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti