Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir İ.İsabalayeva/
Ötən il ərzində Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 762 adda dərman vasitəsi dövlət qeydiyyatına alaraq dövlət reyestrinə daxil edib. Bu barədə cümə axşamı Trend-ə Mərkəzdən məlumat verilib.
Mərkəzdən bildirilib ki, hazırda dövlət reyestrində 3652 adda dərman vasitəsi var. Ölkə ərazisində yalnız bu reyestrə daxil edilmiş dərman vasitələrinin idxalına və istifadəsinə icazə verilib.
Ötən il Mərkəzin Analitik ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 24 264 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılıb.
Səhiyyə Nazirliyinin "Qaynar xətt" telefonu vasitəsilə mərkəzə 93 müraciət daxil olub. Bunlardan apteklərdən alınan dərman vasitələrinin seriyalarının yoxlanılması məqsədilə edilən müraciətlər çoxluq təşkil edib. Şikayətlərlə bağlı müvafiq tədbirlər görülüb.