...

Azərbaycanda alkoqolizm xəstəliyi cavanlaşır

Cəmiyyət Materials 14 Fevral 2012 13:35 (UTC +04:00)
Azərbaycanda alkoqolizm xəstəliyi cavanlaşır.
Azərbaycanda alkoqolizm xəstəliyi cavanlaşır

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda alkoqolizm xəstəliyi cavanlaşır.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova çərşənbə axşamı Trend-ə deyib ki, Azərbaycanda hazırda 19 765 nəfər alkoqolik var. Alkoqoliklər daha çox kişilərdir.

Ümumilikdə götürdükdə narkomanlar kimi, alkoqoliklər arasında da 40-59 yaşlı şəxslər üstünlük təşkil edir. Ölkədəki alkoqoliklərin 16 033 nəfəri bu yaşda olanlardır.

Direktor müavininin sözlərinə görə, amma ötən il yeni qeydiyyata alınan alkoqoliklərin arasında 30-39 yaşlıların sayı daha çox olub. Ötən il ərzində 655 nəfər alkoqolik qeydiyyata alınıb ki, onların da 315 nəfəri 30-39 yaşlılar olub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda alkoqolizm xəstəliyi cavanlaşır. Ümumilikdə Azərbaycandakı alkoqoliklərin 2908-i 30-39 yaş arasında olan şəxslərdir.

Xəbər lenti

Xəbər lenti