...

Azərbaycanda pensiyaçıların 99 faizdən çoxunun pensiyası plastik kartlarla ödənilir

Cəmiyyət Materials 21 Fevral 2012 11:00 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-ci ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilib.
Azərbaycanda pensiyaçıların 99 faizdən çoxunun pensiyası plastik kartlarla ödənilir

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-ci ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan çərşənbə axşamı Trend-ə daxil olan məlumata görə, bu il yanvarın 1-ə qədər pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,0%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,4%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 512, o cümlədən kənd və qəsəbələrdə 123 bankomatın istifadəsi təmin edilib.

Qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi, sistemin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Fond tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti