Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir İ.İsabalayeva/
Humanitar sahələr üzrə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artıb. Trend-in məlumatına görə, bunu "Gələcəyin alimləri" adlı müsabiqəyə həsr olunan tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Buna təəssüflənən nazir hesab edir ki, hər bir ölkənin tərəqqisi daha çox fundamental - riyaziyyat, fiziki, kimya, tibb və s. elmlərlə bağlıdır.
"Amma təəssüflər olsun ki, ali məktəblərə tələbə qəbulu zamanı da, xaricdə təhsil almağa tələbə göndərilən zaman da görürük ki, humanitar elmlərə maraq daha çoxdur. Bəlkə də bunun obyektiv və subyektiv səbəbləri var", - Mərdanov əlavə edib.