...

Azərbaycan nümayəndə heyəti Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində növbəti monitorinq iclasında iştirak edib

Cəmiyyət Materials 28 Fevral 2012 14:32 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində növbəti monitorinq iclasında iştirak edib.
Azərbaycan nümayəndə heyəti Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində növbəti monitorinq iclasında iştirak edib

Azərbaycan, Bakı, 28 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində növbəti monitorinq iclasında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-24-də keçirilən tədbirdə Azərbaycanı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və İdarənin böyük prokuroru Elnur Musayev təmsil edib.

İclasın əsas sessiyasında OECD-nin Azərbaycan Respublikası üzrə milli koordinatoru Kamran Əliyev hesabatla çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizin siyasi rəhbərliyi tərəfindən həyata keçirilmiş qanunvericilik və institusional tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış cinayət təqibi barədə ətraflı məlumat verib.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən ingilis dilində hazırlanmış "Azərbaycanda hüquq mühafizə üsulları ilə korrupsiyaya qarşı mübarizə" adlı kitabın təqdimatı keçirilib.

Həmin vəsait iştirakçı dövətlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının nümayəndələrinin böyük marağına səbəb olub.

Tədbirin son sessiyasında İstanbul Fəaliyyət Planının (İFP) 2012-ci il, habelə 2013-2015-ci illər üçün fəaliyyət proqramı müzakirə edilərək üzv ölkələr tərəfindən bəyənilib.

Xəbər lenti

Xəbər lenti