...

Sabah Azərbaycanda temperatur enəcək, şimal-qərb küləyi güclənəcək

Cəmiyyət Materials 29 Fevral 2012 12:38 (UTC +04:00)
Martın 1-də Azərbaycanda hava şəraitinin dəyişəcəyi, temperaturun ötən günlərə nisbətən 5-7 dərəcə aşağı enəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Sabah Azərbaycanda temperatur enəcək, şimal-qərb küləyi güclənəcək

Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir İ.İsabalayeva/

Martın 1-də Azərbaycanda hava şəraitinin dəyişəcəyi, temperaturun ötən günlərə nisbətən 5-7 dərəcə aşağı enəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında havanın əsasən səhər və axşam az yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, günün birinci yarısında 6 dərəcəyədək isti olacaq. Axşama doğru isə temperaturun 2 dərəcəyə yaxın olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti