...

Almaniyada Azərbaycan turizmi ilə bağlı sorğu keçiriləcək

Cəmiyyət Materials 5 Mart 2012 11:47 (UTC +04:00)
BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsi martın 7-11-də Almaniyanın Berlin şəhərində keçiriləcək "ITB 2012" beynəlxalq turizm sərgisində Azərbaycanla bağlı sorğu keçirəcək.
Almaniyada Azərbaycan turizmi ilə bağlı sorğu keçiriləcək

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir İ.İsabalayeva/

BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsi martın 7-11-də Almaniyanın Berlin şəhərində keçiriləcək "ITB 2012" beynəlxalq turizm sərgisində Azərbaycanla bağlı sorğu keçirəcək. Bunu bazar ertəsi Trend-ə BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov deyib.

Onun sözlərinə görə, ən böyük beynəlxalq turizm sərgilərindən olan "ITB 2012"də Almaniyaya gələn turistlərə Azərbaycanla bağlı bir çox suallar ünvanlanacaq.

"Bu sərgidə yalnız almanlar olmayacaq. Böyük sərgi olduğu üçün burada digər ölkələrin də nümayəndələri iştirak edəcək. Biz öyrənəcəyik ki, sərgiyə gələnlər Azərbaycana gəlmək istəyirlərmi, burada nəyə baxmaq istəyirlər, nə qədər pul xərcləmək istəyirlər və s.", - Qürbətov deyib.

O bildirib ki, sorğunun yekunları martın sonunda bəlli olacaq. Həmin sorğu nəticəsində alman, o cümlədən digər ölkələrin turistlərinin Azərbaycana marağı öyrəniləcək.

"Sorğuda turizmlə bağlı suallar çox olacaq. Bu məlumatlar Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətləri üçün açıq bir məlumat olacaq. Onlar biləcəklər ki, alman turistlərini Azərbaycana necə cəlb edə bilərlər", - layihə koordinatoru əlavə edib.

Xəbər lenti

Xəbər lenti