...

Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 6 Mart 2012 11:17 (UTC +04:00)
Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektində avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.
Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir K.Zərbalıyeva/

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektində avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gün saat 15:00-dan səfər başa çatanadək hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Aeroport şosesi, Heydər Əliyev, Azadlıq prospektləri, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Şəhidlər Xiyabanı, Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Yol polisi sürücülərə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsini və alternativ yollardan istifadə olunmasını tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti