...

"Fransaya qarşı erməni terrorizmi" adlı kitab işıq üzü görüb

Cəmiyyət Materials 6 Mart 2012 17:48 (UTC +04:00)
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən erməni faşizminin iç üzünü və gerçək simasını tam obyektivliyi ilə göstərən növbəti kitab nəşr edilib.
"Fransaya qarşı erməni terrorizmi" adlı kitab işıq üzü görüb

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir İ.İsabalayeva

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən erməni faşizminin iç üzünü və gerçək simasını tam obyektivliyi ilə göstərən növbəti kitab nəşr edilib.

Trend çərşənbə axşamı AMEA-nın rəsmi saytına istinadən məlumat verir ki, nəşr ötən əsrin əvvəllərindən 80-ci illərədək olan dövrdə müxtəlif erməni terror təşkilatlarının törətdiyi çoxsaylı cinayətlərin bir hissəsinin faktoloji təqdimatına həsr olunub. Kitabda yalnız Fransada deyil, həmçinin Romada, Beyrutda, Almaniyada "Daşnaksütyun", ASALA, "3 oktyabr təşkilatı", CSAQ, "Soyqırım əleyhinə erməni döyüşçüləri dəstəsi" və başqa erməni terror təşkilatları tərəfindən törədilmiş terror aktları fransız, ingilis və rus dillərində xronoloji ardıcıllıqla təqdim edilib.

Kitabda oxucuların diqqətinə çatdırılan faktlar bir daha sübut edir ki, erməni terrorizmi bütün bəşəriyyət üçün ciddi təhlükə mənbəyidir.

Layihənin elmi rəhbəri AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayevadır.

Xəbər lenti

Xəbər lenti