...

"Əl-Qaidə", "Hizbullah" və "SEPAH"la əməkdaşlıqda ittiham olunan azərbaycanlının şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 9 Mart 2012 12:14 (UTC +04:00)
"Əl-Qaidə", "Hizbullah" təşkilatları və İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıqda ittiham olunan dəstə üzvünün şikayəti təmin olunmayıb.
"Əl-Qaidə", "Hizbullah" və "SEPAH"la əməkdaşlıqda ittiham olunan azərbaycanlının şikayəti təmin olunmayıb

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir K.Zərbalıyeva/

"Əl-Qaidə", "Hizbullah" təşkilatları və İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıqda ittiham olunan dəstə üzvünün şikayəti təmin olunmayıb.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Azərbaycanda bir sıra terror aktları törətməyə cəhddə ittiham olunan dəstənin üzvü Əfqan Balaşovun kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib və onun barəsindəki məhkəmə hökmü qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfqan Balaşov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələri ilə (ümumilikdə 13 maddə ilə) ittiham olunanların ikisi - Kərəki Əli Məhəmməd və Nəciməddin Əli Hüseyn Livan, qalan 4 nəfər - Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov Azərbaycan vətəndaşlarıdır.

Məhkəmənin hökmü ilə Kərəki Əli Məhəmməd 15, Nəciməddin Əli Hüseyn 15, Cavid Məmmədov 12, Vidadi Rəsulov 14, Müşfiq Amanov 13 və Əfqan Balaşov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar 2008-ci ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üstündə saxta yolla hazırlanmış İran pasportları olub.

Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn "Hizbullah" və "Əl-Qaidə" terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər və onların sifarişi ilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalı idilər.

İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməli idilər.

Xəbər lenti

Xəbər lenti