...

Bakıda yağan qar nəqliyyat infrastrukturunun işinə təsir etməyib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 Mart 2012 09:48 (UTC +04:00)
Bakıda yağan qar Heydər Əliyev Beynəlxaq Hava Limanının işinə təsir etməyib. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib
Bakıda yağan qar nəqliyyat infrastrukturunun işinə təsir etməyib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 fevral / Trend, müxbir E.İsmayılov /

Bakıda yağan qar Heydər Əliyev Beynəlxaq Hava Limanının işinə təsir etməyib. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Bütün aviareyslər cədvələ əsasən göndərilir və qəbul olunur.

Bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, pis hava şəraiti Bakı vağzalının işinə, qatarların qəbuluna və yola salmasına mane olmayıb.

Qeyd edək ki, şənbə günü səhər saatlarından Bakıda yenidən qar yağmağa başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bu həftənin sonuna kimi gecə və səhər bəzi yerlərdə qar yağacaq.

Gün ərzində arabir güclənən şimal küləyi əsəcək.

Yağan qar Bakı Beynəlxalq Avtovağzalının işinə də təsir etməyib. Avtovağzaldan deyildiyi kimi, hava şəraiti həm şəhərlərarası, həm də beynəlxalq avtobus reyslərinin yola salınmasına və qəbuluna heç bir təsir göstərməyib.

Şənbə günü "Bakıelektrikşəbəkə" SC-dən (Bakıda elektrik enerjisinin paylanması və satışı) deyildyi kimi, abonentlərə elektrik enerjisinin verilişi tələbatdan asılı olaraq həyata keçirilir və onun verilişində problem yoxdur.

Eləcə də istehlakçıların qaza olan bütün tələbatları ödənilir. ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, istehlakçıların qazla təminatında heç bir problem yoxdur.

Xəbər lenti

Xəbər lenti