...

Masazırdakı sürüşmə zonasında nisbi sakitlik yaranıb

Cəmiyyət Materials 15 Mart 2012 12:03 (UTC +04:00)
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində aşkarlanmış yeni sürüşmə sahəsində nisbi stabillik yaranıb.
Masazırdakı sürüşmə zonasında nisbi sakitlik yaranıb

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir İ.İsabalayeva/

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində aşkarlanmış yeni sürüşmə sahəsində nisbi stabillik yaranıb. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, sürüşmənin qarşısını almaq üçün ərazidə müvəqqəti tədbirlər həyata keçirilir. Orada mişar daşı ilə istinad divarına oxşar bir tikili inşa edilir. Əraziyə gələn yeraltı və yerüstü sular hamısı ərazidən uzaqlaşdırılaraq Duz gölünə axıdılır.

"Ona görə də müəyyən stabillik yaranır. Amma bu, müvəqqəti stabillikdir", - baş mühəndis əlavə edib.

Xəbər lenti

Xəbər lenti