...

Nəqliyyat vasitələri ilə bağlı notariat hərəkətlərinin aparılması qaydalarına dəyişikliklər edilib

Cəmiyyət Materials 19 Mart 2012 10:48 (UTC +04:00)
Azərbaycan hökuməti nəqliyyat vasitələri ilə bağlı notariat hərəkətlərinin aparılması qaydalarına dəyişikliklər edib.
Nəqliyyat vasitələri ilə bağlı notariat hərəkətlərinin aparılması qaydalarına dəyişikliklər edilib

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti nəqliyyat vasitələri ilə bağlı notariat hərəkətlərinin aparılması qaydalarına dəyişikliklər edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə qərar qəbul olunub.

Dəyişikliyə görə, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na daxil etməlidir.

Ədliyyə Nazirliyi "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə üç gün müddətində Daxili İşlər Nazirliyinə göndərilir.

Xəbər lenti

Xəbər lenti