...

Azərbaycanda bayramın ikinci günü üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 20 Mart 2012 12:14 (UTC +04:00)
Yaxın iki gündə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək.
Azərbaycanda bayramın ikinci günü üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir M.Əliyev/

Yaxın iki gündə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, martın 21-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağl gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-6°, gündüz 11-16° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13° şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti