...

Bakının mərkəzində uçqun baş verib

Cəmiyyət Materials 26 Mart 2012 15:55 (UTC +04:00)
Bakıda növbəti uçqun hadisəsi baş verib.
Bakının mərkəzində uçqun baş verib

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakıda növbəti uçqun hadisəsi baş verib. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, Bakının Səbail rayonu, Niyazi küçəsi, 11-də - İncəsənət Muzeyinin arxasında 15 metrədək uzunluğu olan istinad divarı uçub.

"Çökmə torpaq istinad divarının arxasına dolub. Oraya qış aylarında yağış sularının daxil olması ərazidə təbii nəmlənmə yaradıb. Bunun nəticəsində çökmə yaranıb. Çökmə nəticəsində isə istinad divarı uçub", - baş mühəndis əlavə edib.

O qeyd edib ki, istinad divarının uçması nəticəsində yaxından keçən kommunikasiya boruları deformasiyaya məruz qalıb.

Qeyd edək ki, martın ortalarında Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 10 saylı binanın qarşısında istinad divarı uçmuşdu.

Xəbər lenti

Xəbər lenti