...

Azərbaycanlı gənclər Odessada Novruz Bayramını qeyd ediblər (FOTO)

Cəmiyyət Materials 24 Mart 2012 15:00 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGT) Odessa şəhərində Novruz Bayramını qeyd edib. Bu barədə cümə axşamı Trend-ə UAGT-dən bildirilib
Azərbaycanlı gənclər Odessada Novruz Bayramını qeyd ediblər (FOTO)

Azərbaycan, Bakı, 24 mart / Trend müxbir M.Əliyev/

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGT) Odessa şəhərində Novruz Bayramını qeyd edib. Bu barədə cümə axşamı Trend-ə UAGT-dən bildirilib.

Tədbiri UAGT-nin Odessa şəhərindəki nümayəndəliyinin rəhbəri Samirə Əliyeva açaraq hər kəsi qədim bayramlardan olan Novruz münasibətilə təbrik edib.

Həmçinin tədbirdə Türkiyənin Odessadakı konsulu Hüseyn Ərqani və vitse-konsulu Melix Dəmirdaş, Gürcüstanın Odessadakı konsulu Mamuka Cambazişvili, Pakistanın konsulu Zaur Axverdiyev, beynəlxalq əlaqələr üzrə departamentin direktoru Svetlana Boyeva, həmçinin UAGT-nin Nikolayev bölgəsi üzrə nümayəndəsi Xəyyam Həqiqət və Elnarə Rüstəmova da iştirak ediblər. Tədbirdə UAGT aktiv üzvü olan gənclərə fəxri fərmanlar verilib.

Tədbir zamanı Üzeyir Hacıbəyovun "Arşın mal alan" komediyasından parçalar nümayiş olunub. Həmçinin ukraynalı müğənni "Sən gəlməz oldun" mahnısını Azərbaycan dilində oxuyub.

Tədbirin keçirilməsində ARDNŞ-ın Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov maliyyə dəstəyi verib.

Xəbər lenti

Xəbər lenti