Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakı şəhər Nizami rayon İcra Hakimiyyətində dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə elan olunub.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, bu gün İcra Hakimiyyətində aparıcı məsləhətçi-məsul katib (yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəzi üzrə) vəzifəsinin tutulması üçün müsahibə elan olunub.
Müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.