...

Səhiyyə Nazirliyi quş əti ilə bağlı yoxlamalara başlayıb

Cəmiyyət Materials 30 Mart 2012 16:16 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan quş əti və quş əti məhsulları və yumurtaların təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb.
Səhiyyə Nazirliyi quş əti ilə bağlı yoxlamalara başlayıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan quş əti və quş əti məhsulları və yumurtaların təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb. Bunu cümə günü Trend-ə RGEM-in Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aparılacaq. Yoxlamaların aprelin ortalarınadək yekunlaşacağı gözlənilir.

Bu yoxlamalar bitdikdən sonra balıq əti və hisə verilmiş balıqlarla bağlı yoxlamaların aparılmasına başlanacaq.

Abdullayev deyib ki, bundan əvvəl qənnadı məmulatları ilə bağlı yoxlamalar aparılıb.

Yoxlama zamanı xarici ölkələrin istehsalı olan bəzi qənnadı məmulatların təhlükəsizlik göstəriciləri ilə bağlı müəyyən problemlər aşkarlandığı üçün onların təkrar yoxlaması aparılacaq.

Xəbər lenti

Xəbər lenti