...

Azərbaycanda nəqliyyat vasitəsi ilə bağlı verilən etibarnamələrin müddəti məhdudlaşdırılır

Cəmiyyət Materials 3 Aprel 2012 10:44 (UTC +04:00)
Azərbaycanda nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ nəzərdə tutan etibarnamələrin müddəti azaldılacaq.
Azərbaycanda nəqliyyat vasitəsi ilə bağlı verilən etibarnamələrin müddəti məhdudlaşdırılır

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ nəzərdə tutan etibarnamələrin müddəti azaldılacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Mülki Məcəlləyə bununla bağlı dəyişiklik təklif olunub.

Dəyişkliyi nəzərdə tutan qanun layihəsində qeyd olunur ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

Digər etibarnamələr isə müddətsiz veriləcək.

Qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə Trend-ə bildirib ki, bu hal nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı verilən etibarnamələrə şamil olunmayacaq.

Onun sözlərinə görə, nəqliyyat vasitəsinə dair sərəncam vermək dedikdə, nəqliyyat vasitəsinin alqı-satqısı, onunla bağlı qeydiyyat əməliyyatlarının aparılması, texniki parametrlərinin dəyişdirilməsi ilə bağlı hərəkətlərin aparılması başa düşülür.

Xəbər lenti

Xəbər lenti